Həzrəti Süleymanın qızı həbs edildi – Türkiyədə misli görünməmiş dələduzluq
23
avq
2019
19:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Eskişehirdə özünü Sultan Süleymanın qızı adlandıran və yəhudilərin axtardığı müqəddəs qanın onun damarlarından axdığını iddia edən dini sekta başçısı, fırıldaqçı qadın tutulub.BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, 49 yaşlı S.G Eskişehirdə 10 hektar torpaq sahəsi olan bir villada xəstələri qəbul etməyə başlayıb. Qanının şəfalı olduğunu iddia edən qadın qanı qatılmış suyu dərdinə çarə tapmaq üçün gələn insanlara içirib. Onun qanı qatılmış su isə nə az nə çox, düz 4-5 min lirəyə satılıb. S.G-nin bu günə qədər bənzəri iddialarla minlərlə insanı aldatması və bu yolla 13 milyon dollar gəlir əldə etməsi aşkarlanıb. S.G-yə bu işdə 4 nəfərdən ibarət qrup, o cümlədən vəkil işləyən 29 yaşlı oğlu kömək edib.Qrupun yaxalandıqları villada dini sekta qurmaları, müəyyən məbləğ müqabilində bir çox kişilərə üzük verib “komandir” rütbəsi verdiyi bəlli olub. Hadisədən zərər çəkmiş və şahid qismində ifadə verən bir neçə iş adamı S.G-nin toruna düşdükdən sonra bütün var- dövlətlərini onun sektasına yatırdıqlarını və iflas etdiklərini etiraf eləyiblər.
Oxşar xəbərlər
İcra başçısının var-dövləti ilə bağlı prezidentə müraciət edildi - SİYAHI
Ağdaş rayonunun bir qrup sakini prezident İlham Əliyevə müraciət edib.BAKU.WS "Yeni Sabah”a istinadən daxil olan sakinlərin ərizəsində onlar icra başçısı Tofiq...