Heydər Əliyev Fondu Türkiyəyə yenə yardım yollayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Türkiyəyə çatdırılan yardım ilkin mərhələdə edilmiş yardımdır”.
Report-un Türkiyə bürosunun məlumatına görə, bu fikirləri Türkiyəyə ezam edilən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Hüseynov bildirib.
Elvin Hüseynov deyib ki, Heydər Əliyev Fondunun regional inkişaf ictimai birliyi Mehriban xanım Əliyevanın göstərişinə əsaslanaraq Azərbaycanın Türkiyədəki Səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampaniyasına start verilib: “Belə ki, 8-14 fevral tarixlərində Türkiyənin zəlzələ baş vermiş regionları üçün ehtiyac duyulan ləvazimatlar toplanacaq və bu ləvazimatlar ən qısa müddətdə komplektləşdirilərək Türkiyəyə yola salınacaq”.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...