Hesablama Palatası AZAL-da yoxlamalara başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda elə dövlət təşkilatları var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar”.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) yoxlamalara başlanılıb. V.Gülməmmədov bildirib ki, bu qurumda dövlət vəsaitinin və əmlakının auditi aparılır:
“Aparılan yoxlamaların nəticələrinə dair məlumatlar veriləcək”.
V.Gülməmmədov jurnalistlərə açıqlamasında deyib ki, AZAL-da yoxlamaların iyun ayında başa çatdırılması nəzərdə tutulub.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...