Hərbi prokuror: “Vətən müharibəsində bəzi hərbçilərin səriştəsizliyinə görə cinayət işləri başlanılıb”
Yeniliklərdən dərhal xəbərdar olun
“Bəzi hərbçilərin İkinci Qarabağ müharibəsi zamanı səriştəsizliyinə görə cinayət işləri başlanılıb”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.
Onun sözlərinə görə, II Qarabağ müharibəsində əsgər və zabitlər arasında fərarilik edən kimsə olmayıb: "Bu da əslində millətin ruhundan xəbər verir".
X.Vəliyev deyib ki, II Qarabağ müharibəsində Ermənistanın törətdiyi vəhşiliklərlə bağlı açılan cinayət işlərinin bir qisminin istintaqı Hərbi Prokurorluqda gedir: “Cinayət işlərinin bəziləri Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsəzliyi Xidmətində araşdırılır. Bu işin həcmi çox böyükdür. Müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb”.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...