Hər saatda insan orqanizminə bu qədər MİKROPLASTİK DAXİL OLUR

Hər saatda insan orqanizminə bu qədər MİKROPLASTİK DAXİL OLUR
Siyasət 107

Mikroplastikin insan orqanizminə nə qədər daxil olduğu məlum olub.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, plastik hissəciklər burun boşluğunda və ağız boşluğunun arxa hissəsində toplanır.

Tədqiqatçılar hesablayıblar ki, hər saat insan 16,1 mikroplastiki nəfəs alır.

"2022-ci ildə aparılan bir araşdırmanın bir hissəsi olaraq, insanın tənəffüs yollarının dərinliklərində mikroplastiklər tapılıb və bu, insanın tənəffüs sağlamlığının riskləri ilə bağlı narahatlıqları artırmağa səbəb olub" deyə tədqiqat müəllifi Məhəmməd İslam bildirib.

Tədqiqatın bir hissəsi olaraq, komanda maye dinamikası modelini yaradıb. Beləliklə, elm adamları müxtəlif formalı mikroplastiklərin insanın yuxarı tənəffüs yollarında hərəkətini anlamağa çalışıblar. Məlum olub ki, plastik hissəciklər burunda və ağız-udlağında arxasında toplanır.

"İnsan tənəffüs yollarının mürəkkəb anatomiyası mikroplastiklərin hava axını yolundan kənara çıxmasına və yuxarıda qeyd olunan hissələrdə çökməsinə səbəb olur", - ekspert əlavə edib.

Daha yüksək axın sürəti mikroplastiklərin daha az yığılması ilə nəticələndiyini və daha böyük hissəcik ölçüsünün (5.56 mikron) bədəndə daha çox yığılmasına səbəb olduğunu söyləyib.

Son xəbərlər