Həmid Həmidov Şuşada baş vermiş terror aktı barədə: “Kreml mütləq buna diqqət yetirməlidir” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Nəyə görə sülhməramlılar həmin avtomobilə Nəzarət Buraxılış Məntəqəsində (NBM) baxış keçirməyiblər?”
Bu sözləri ötən gün Şuşada baş vermiş terror aktına münasibət bildirən tanınmış jurnalist, “Global Media Group”un media direktoru Həmid Həmidov bildirib.
Baku TV-yə açıqlama verən jurnalis bildirib ki, baş vermiş hadisə çox xoşagəlməz və anlaşılmaz situasiyadır:
“Burada bir neçə sual yaranır. Necə ola bilər ki, bir şəxs rahatlıqla avtomobillə NBM-ə yaxınlaşır, hardasa iki metr məsafəyə qədər gəlir, düşür, qumbaranı çıxarır, atışa hazırlayır və rahatlıqla onu Azərbaycan hərbçiləri olan tərəfə ata bilir? Heç bir cavab yoxdur. Rusiyalı sülhməramlılar ona atəş açmırlar. Niyə? Halbuki borcludurlar buna. Bundan əlavə, o necə olur ki, bura qədər heç bir nəzarətdən keçmədən gələ bilir? Bəs yaxşı, onu tutmusunuz, niyə Azərbaycana təhvil vermirsiniz?”
Daha ətraflı videoda izləyə bilərsiniz:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğma...