HƏMAS Qəzza zolağında atəşkəs təklifini vasitəçilərə təqdim edib
Yeniliklərdən dərhal xəbərdar olun
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs təklifini İsraillə danışıqlar prosesində vasitəçi olan ölkələrə göndərib.
BAKU.WS Reuters-ə istinadən xəbər verir ki, bu ilkin mərhələdə İsrail tərəfindən 700-1000 fələstinli məhbusun azad edilməsi müqavilində, Fələstindəki israilli qadınların, uşaqların, qocaların və xəstələrinin azad edilməsini əhatə edir.
HƏMAS girov və əsirlərin ilkin mübadiləsindən sonra daimi atəşkəs üçün tarix barədə razılığa gələcəyini bildirib. Fələstin qrupu həmçinin sənəddə planın ikinci mərhələsində hər iki tərəfdən olan bütün məhbusların azad ediləcəyini bildirib. Lakin qeyd olunan mərhələlərin vaxtı dəqiqləşdirilməyib.
Oxşar xəbərlər
İsrail və HƏMAS arasında RAZILAŞMANIN DETALLARI
Fələstinin HƏMAS təşkilatı ilə İsrail arasında 4 günlük atəşkəs və əsir mübadiləsi mövzusunda razılaşma əldə olunub. BAKU.WS xəbər verir ki, tərəflər arasında...