Helikopter qəzasından sağ çıxan digər hərbçi danışdı - VİDEO
01
dek
2021
11:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14-ü şəhid olub, ikisi yaralanıb.
BAKU.WS xəbər verir ki, helikopter qəzasından sağ çıxan digər hərbçi Kapitan Ədilov Ramin Ramiz oğlu da hadisə ilə bağlı "REAL TV"yə danışıb:
"Pilot təcrübəli pilot idi. Allah rəhmət eləsin. Peşəkarlığına söz ola bilməzdi, gözəl komandir idi. Mən ekipaj kabinəsində idim.
Yadımdadır ki, hündürlüyü itirirdik. Sonra anidən yerə çırpıldıq. Bir də ayıldım ki, buradayam".
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...