Həkimi Kadir İnanırdan danışdı: "Bu günə qədərki..." - FOTO
İnsult keçirərək xəstəxanaya yerləşdirilən məşhur aktyor Kadir İnanırın vəziyyəti günbəgün yaxşılaşır.
BAKU.WS xəbər verir ki, o, artıq reanimasiyadan çıxarılıb.
Bu barədə Kadirin həkimi, professor Necdet Sağlam məlumat verib:
"Bu günə qədər ki, müalicələr yaxşı təsir göstərdi. Bugün Kadir İnanırın reanimasiyadakı müalicə müddəti bitdi. Bundan sonra ona müxtəlif müalicə üsulları tətbiq olunacaq. Çünki onda reabilitasiya müddəti davam edir. Daha rahat şəraitdə öz yaxınları ilə görüşə biləcək. Mümkün qədər ziyarətçi qəbul etmirik. Reabilitasiya müddəti uzun zamanımızı ala bilər, bu dövr aylarla davam edə bilər".
Xatırladaq ki, martın 24-də Kadir İnanır Beykozdakı Ümraniye Elm və araşdırmalar xəstəxanasına yerləşdirilmişdi.
Oxşar xəbərlər
Sevgilisi 74 yaşlı Kadir İnanırın SON VƏZİYYƏTİNİ AÇIQLADI - FOTO
Bir neçə gün əvvəl insult keçirən məşhur aktyor Kadir İnanırın son vəziyyəti açıqlanıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun sevgilisi Jülide K...