Heidi Kühn: Beynəlxalq aləm mina probleminə göz yummamalıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Biz öz səsimizi dünyaya, BMT-yə eşitdirə bilərik. Sülh diləyimizi reallığa çevirmək üçün maliyyə vəsaitlərinə ehtiyacımız var.
Buna görə də beynəlxalq ictimaiyyəti fəal olmağa çağırırıq. Bu işə kömək etmək üçün 250 min dollar vermişəm, lakin milyardlarla pula ehtiyacımız var.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn mətbuat nümayəndələri üçün brifinqdə deyib.
“Biz ANAMA əməkdaşlarının sayını ən azından ikiqat artırmalıyıq. Bundan əlavə, minadan təmizlənmə avadanlıqları üçün daha çox vəsait ayrılmalıdır. Ballistik silahlar, partlayıcılarla biz öz gələcəyimizi məhv edə bilərik. Bu, mümkündür. Amma eyni zamanda sülh də mümkündür. Biz buna inanmalıyıq və ona uyğun davranmalıyıq. Biz dünyanı buradakı gerçəklər haqqında məlumatlandırmalıyıq. Sivil insanlar, beynəlxalq aləm mina probleminə göz yummamalıdır”, - deyə Heidi Kühn bildirib.
“Sülhün Kökləri” beynəlxalq humanitar təşkilatının rəhbəri qeyd edib ki, torpaqlara basdırılan minalar, eyni zamanda nifrət toxumlarıdır: “Hər hansı bir minanın torpaqdan çıxarılması və oraya bir bitki əkilməsi sülhü dəstəkləyir. Füzulidə gördüyüm, övladları mina qurbanı olan analarla həmrəyliyimi nümayiş etdirmək istəyirəm. Biz insan olaraq həm dağıdıcı, həm yaradıcı gücə sahibik. Mina probleminə qarşı birgə mübarizə aparmalıyıq”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...