Həcc ziyarətinə getmə qaydalarına dəyişiklik edildi

Həcc ziyarətinə getmə qaydalarına dəyişiklik edildi
Siyasət 212

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi koronavirusa qarşı həyata keçirilən tədbirlər çərçivəsində bu il Həcc ziyarətinin yeni qaydalarını açıqlayıb.

“Haber Global” məlumat verir ki, yeni qərara görə, Həccə gedən qadınlar ziyarətlərini yanlarında kişi qəyyumu olmadan edə biləcəklər.

Nazirlik Həcc ziyarətinə gələnlərin internetdə qeydiyyatdan keçməsi üçün iki tarix seçib.

İlk qeydiyyat müddəti iyunun 13-dən 23-dək davam edəcək. İkinci qeydiyyat mərhələsi isə iyunun 25-də başlayacaq.

Namizədlərin son beş ildə Həcc ziyarətinə getməməli olduqlarını vurğulayan qurum bildirib ki, ilk dəfə gələnlərə üstünlük veriləcək.

Oxşar xəbərlər

Ümrə ziyarətinə gedənlərdən peyvəndləmə sənədi tələb edilməyəcək

Ümrə ziyarətinə gedənlərdən peyvəndləmə sənədi tələb edilməyəcək

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bəyan edib ki, müqəddəs Ramazan ayında Ümrə ziyarətinə gələn əcnəbi zəvvarlardan COVID-19 əleyhinə peyvənd olunmaq...

103 Siyasət 22:29 01 aprel 2021

Son xəbərlər