Həcc ziyarətinə gedən altı zəvvar istidən dünyasını dəyişib

16
iyn
2024
18:17
Məkkədə Həcc ziyarəti zamanı yüksək dərəcədə istiyə dözməyən 6 zəvvar ölüb.
Bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölənlərin hamısı İordaniya vətəndaşıdır, hazırda nazirlik onların cənazələrinin vətənlərinə qaytarılması üçün Səudiyyə Ərəbistanının səlahiyyətli orqanları ilə danışıqlar aparılır.
Səudiyyə rəsmiləri daha əvvəl xəbərdarlıq ediblər ki, builki rituallar zamanı temperatur 48 dərəcə istiyə çata bilər.//Apa
Oxşar xəbərlər
"Sualtı dünyanın yeddi möcüzəsi"ndən biri - BƏLƏDÇİ
Qırmızı dəniz Yer kürəsinin ən isti dənizidir. Özəlliyi ondan ibarətdir ki, bu dənizə bir dənə də olsun çay axmır. Buna görə də Qırmızı dənizdəki su çox təmizdi...