Hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır - Prezident

Hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır - Prezident
Siyasət 42

"Hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul zamanı bildirib.

"Ermənistan tərəfdən 25 ildən çox, demək olar ki, 30 il davam edən işğal nəticəsində hər şey dağıdılıb. Əcnəbi diplomatlar və media nümayəndələri işğaldan azad edilmiş ərazilərə artıq dəfələrlə səfər ediblər və özləri hər şeyin tamamilə dağıdıldığının şahidi olublar. Şəhərlər dağıdılıb, kəndlər dağıdılıb.

Odur ki, biz öz doğma torpaqlarına qayıtmağı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq. Beləliklə, bu, bizim əsas vəzifəmizdir və biz artıq buna başlamışıq", - deyə ölkə başçısı əlavə edib.

Son xəbərlər