Havayda meşə yanğınlarında ölənlərin sayı 93 nəfərə çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Havay adalarından birində Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.
Bu barədə Maui adasının hakimiyyət orqanının rəsmi saytında məlumat yarləşdirilib.
Ştatın qubernatoru Coş Qrin qeyd edib ki, Mauidə baş verən hadisə ABŞ-da bir əsrdən artıq müddətdə ən ölümcül meşə yanğını olub.
Daha əvvəl ölənlərin sayının 89 olduğu bildirilirdi. Son məlumatlara görə, 2,2 mindən çox bina dağılıb.
Qeyd edək ki, Havay arxipelaqının kiçik adalarından biri olan Mauidə meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik şəhər olan Lahaina keçib və şəhər tamamilə yanıb.//report
Oxşar xəbərlər
Havay adalarında yanğın davam edir - 67 ölü, yüzlərlə itkin var - FOTO
ABŞ-ın Havay ştatının ən böyük adalarından biri olan Mauidə davam edən yanğınlarda ölənlərin sayı 67-yə çatıb, yüzlərlə insan hələ də itkin sayılır. BAKU.WS xar...