Hatay valisi istefa verdi - FOTO
15
mar
2023
14:18
Türkiyənin Hatay vilayətinin valisi Rahmi Doğan istefa verib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, vali bu barədə tvitter səhifəsində bildirib.
O, 5 ildir tutduğu vəzifədən istefasının səbəbini qarşıdakı seçkilərdə deputatlığa namizəd olacağı ilə əlaqələndirib.
R.Doğan bildirib ki, Sivasdan namizəd olmaq niyyətindədir.
"Dəyərli həmvətənlərim, 14 may 2023-cü il tarixində keçiriləcək parlament seçkilərində məmləkətim Sivasdan namizəd olmaq üçün 5 ildir ki, yerinə yetirdiyim Hatay valiliyi vəzifəsini tərk etdim", - deyə o bildirib.
— Rahmi Doğan (@dogan_rahmi) March 15, 2023
Oxşar xəbərlər
Təl-Əvivdə terror aktı: 3 nəfər yaralandı - FOTO/VİDEO
İsrailin paytaxtı Təl-Əviv şəhərində atışma baş verib. BAKU.WS xəbər verir ki, hadisə zamanı 3 nəfər yaralanıb. Məlumata görə, hücumu təşkil edənlər iki nəfər...