Hansı ölkənin nə qədər nüvə silahı var? - SİYAHI

Hansı ölkənin nə qədər nüvə silahı var? - SİYAHI
Siyasət 899
Rəcəb Tayyib Ərdoğanın nüvə silahına sahib olan ölkələri tənqid etməsindən sonra hansı ölkədə bu silahdan olması məsələ gündəmə gəlib.BAKU.WS “Euronews”a istinadən xəbər verir ki, o, “Başqalarında nüvə başlıqlı raketlər var, amma bizdə bundan niyə olmamalıdır? Bunu qəbul etmirəm” deyə Türkiyənin nüvə silahına sahib olmasını istəməyənləri tənqid edib.Ərdoğan bildirib ki, Türkiyənin yanında İsrail kimi təhlükə var və özünü təhlükədən sığortalamaq üçün nüvə silahına sahib olmasına ehtiyac var.Maraqlı bir sual ortaya çıxır. Dünyada nə qədər nüvə silahı var?Stokholm Beynəlxalq Sülh İnstitutu (SIPRI) və ABŞ Elm Adamları Federasiyasının (FAS) hesablamalarına görə, hazırda dünyada ümumilikdə 14 min 995 nüvə silahı var. Bunlar isə cəmi 9 ölkənin əlindədir.Rusya – 6850ABŞ – 6450Fransa – 300 (hidrogen bombası da var)Çin - 280İngiltərə - 225Pakistan - 150Hindistan - 140İsrail - 80Şimali Koreya - 20

Oxşar xəbərlər

Son xəbərlər