Hakan Fidan NATO rəhbəri ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib
Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO qərargahında xarici işlər nazirlərinin görüşü çərçivəsində Böyük Britaniya və Niderlanddan olan həmkarları - İvett Kuper, David van Vil, eləcə də NATO-nun rəhbəri Mark Rütte ilə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, H.Fidan və NATO-nun Baş katibi Ukrayna və Rusiya arasında müharibənin sona çatdırılması istiqamətində göstərilən səylər, həmçinin Qara dəniz təhlükəsizliyi məsələlərini müzakirə ediblər.
Türk diplomatik mənbələrin bildirdiyinə görə, Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper ilə görüşdə Qəzzadakı vəziyyət, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün səylər, eləcə də Suriya və Livan məsələləri müzakirə olunub.
Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı Fidan ədalətli və davamlı həllin tapılmasının vacibliyini vurğulayıb.
Fidanın Niderlandın xarici işlər naziri David van Vil ilə görüşü barədə ətraflı məlumat verilməyib.
Oxşar xəbərlər
Paşinyan Ermənistanın keçmiş rəhbərliyinin Qarabağla bağlı mövqeyini tənqid edib
"Müxalifət hakimiyyətdə olduğu dövrdə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi üzrə niyə qərarlar qəbul etmədiyini xalqa izah etməli idi". BAKU....