Hakan Fidan: “Azərbaycanın antiterror tədbirindən başqa variantı yox idi”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın keçirdiyi antiterror tədbiri başqa variantın qalmadığını göstərən tədbir idi. Memorandumda (10 noyabr 2020-ci il bəyanatı-red) razılaşdırılmış məsələlərin bəziləri Ermənistan tərəfindən yerinə yetirilməyib”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Birincisi, Zəngəzur dəhlizində və Qarabağda Azərbaycanın suverenliyinin vacib idi. Bu baş vermədikdə, qardaşlarımız haqlı olaraq səbirsizliklərini ortaya qoydular.
Türkiyə olaraq bu addımı atmağın zəruriliyini Azərbaycana çatdırdıq. Bu, mülki əhaliyə zərər verməyən və Azərbaycanın regionda hüquqi suverenliyinə yol açan qısa bir tədbir idi. İrəli sürdüyümüz rasional izahatlar vəziyyətin Azərbaycanın xeyrinə başa düşülməsində təsirli oldu”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib.//Report.az
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...