Hakan Fidan Antoni Blinkenə: “YPG ilə əməkdaşlıqdan vaz keçin”
06
okt
2023
20:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Nazir ABŞ-nin Suriyanın şimalında terror təşkilatı YPG ilə əməkdaşlığı dayandırmalı olduğunu Blinkenin diqqətinə çatdırıb.
H.Fidan ABŞ-nin Türkiyənin müttəfiqi olaraq Suriyanın şimalındakı terror təşkilatı YPG ilə əməkdaşlıqdan vaz keçməsinin lazım olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Türkiyə kəşfiyyatı PKK/YPG-nin Suriyadakı sursat anbarlarına və hücum bölmələrinə zərbələr endirdi - VİDEO
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı - MİT) Suriyada keçirdiyi əməliyyat zamanı PKK/YPG-yə aid silah və sursat anbarları, hücum və t...