Haitinin qətlə yetirilən prezidentinin həyat yoldaşı xəstəxanada ölüb - VİDEO

Haitinin qətlə yetirilən prezidentinin həyat yoldaşı xəstəxanada ölüb - VİDEO
Video
Siyasət 492

Gecə evində öldürülən Haiti prezidenti Jovenel Moizin həyat yoldaşı Martin Moiz də aldığı xəsarətlərdən dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin baş naziri sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Martin Moiz müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, Haiti Prezidenti Jovenel Moiz çərşənbə axşamı gecə saatlarında yaşadığı şəxsi iqamətgahında naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. Hücum zamanı ölkənin birinci xanımı Martin Moiz yaralanıb və xəstəxanaya aparılıb.

Son xəbərlər