Hadrutda dağıdılmış qəbirlərin sahiblərinin yaxını danışdı - EKSKLÜZİV AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət əvvəl ermənilərin Hadrutu işğal etdikdən sonra azərbaycanlıların qəbir daşlarını sökdükləri görüntülər sosial şəbəkələrdə əks olunmuşdu.
Cəbrayıl işğal altında olan zaman Hadrutda yaşayan ermənilər burada olan qəbir daşlarını sökərək məzarları dağıdıblar. Qəbir daşlarının bəzilərini zirzəmilərə yığıb, bəzilərini satmaq məqsədilə istifadə etmişdilər.
BAKU TV-nin həmsöhbəti Haqverdiyeva Həcərin 3 yaxını - anası, atası və gəlinlərinin məzarı məhz həmin dağıdılmış qəbirdaşlarının arasında olub.
Həcər xanımın təkcə valideynlərinin qəbri deyil, eyni zamanda qardaşının yoldaşı və əmisinin məzar daşı da dağıdılaraq məhv edilib.
Qeyd edək ki, 44 günlük müharibə zamanı Azərbaycan ordusu Hadrutu işğaldan azad etdikdən sonra qəbir daşlarından bəziləri Hadrutda zirzəmidə tapılıb.
Oxşar xəbərlər
Ermənistanın viran qoyduğu Ağdam tezliklə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyətlə tanışlıq...