"Haber Global": Paris Olimpiadasına ayrılan vəsait yetərli olmayıb, xeyli sayda satılmamış bilet var
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın paytaxtı Parisdə keçirilən III Yay Olimpiya Oyunlarına ayrılan vəsait yetərli olmayıb, xeyli sayda satılmamış bilet var.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının Fransaya ezam olunan müxbiri Emre Timurun Paris Olimpiadası ilə bağlı hazırladığı süjetdə qeyd olunub.
Bildirilib ki, idmançıların yarışı üçün nəzərdə tutulan suda bakteriya aşkarlanıb.
Onun sözlərinə görə, Parisin infrastrukturunda da ciddi problemlər var: “Bu isə daşınmalara mane olur. Həm yerli insanlar, həm də turistlər bu vəziyyətdən narazıdırlar. İctimai nəqliyyatın qiyməti iki dəfə bahalaşıb. Bu isə yerli əhalinin narazılığını daha da artırır”.
E.Timur deyib ki, ölkədə Olimpiada ab-havası hiss olunmur.
Müxbir Fransanın dövlət kanalının olimpiadanı siyasiləşdirməsinə də diqqət çəkib.
Oxşar xəbərlər
Eylem Tokla bağlı qərar verildi: Türkiyəyə ekstradisiya olunacaq
Türkiyədə cinayətə səbəb olan şəxsin ABŞ-dən ekstradisiyası üçün qərar layihəsi yazılıb. BAKU.WS Haberturk-ə istinadən xəbər verir ki, Türkiyə gündəmini sarsıd...