Eylem Tokla bağlı qərar verildi: Türkiyəyə ekstradisiya olunacaq

Eylem Tokla bağlı qərar verildi: Türkiyəyə ekstradisiya olunacaq
Siyasət 139

Türkiyədə cinayətə səbəb olan şəxsin ABŞ-dən ekstradisiyası üçün qərar layihəsi yazılıb.

BAKU.WS Haberturk-ə istinadən xəbər verir ki, Türkiyə gündəmini sarsıdan Eylem Tok və oğlu Timur Cihantimurla bağlı açılan cinayət işində yeni hadisə yaşanıb.

Belə ki, Oğuz Murat Acının ölümünə səbəb olan oğlu Timur Cihantimuru qaçıran Eylem Tokun Türkiyəyə ekstradisiyası üçün qərar layihəsi yazılıb. Qərar layihəsi mətnində hakimin Türkiyədən gələn sübutları yetərli saydığı və “Qaçaq Eylem Tok Türkiyə Cəza Qanununun 281-ci maddəsinə zidd olaraq sübutları yox etmək, gizlətmək və dəyişdirməkdə ittiham olunur; Onun Türkiyə Cəza Məcəlləsinin 283-cü maddəsini pozaraq cinayətkarı müdafiə etdiyi üçün Türkiyəyə ekstradisiyasını da təsdiq edirəm”, deyə ABŞ məhkəməsindən bildirilib.

Türkiyənin Tokun ekstradisiyası tələbinə cavab olaraq ABŞ 14 iyun 2024-cü ildə bu bölgədə cinayətkarları həbs edib.

Qeyd edək ki, martın 1-də İstanbulda bir qrup şəxs nəqliyyyat vasitəsinin nasaz mühərrikini yoxlamaq üçün təhlükəsizlik zolağında dayanmışdı. Ancaq buna baxmayaraq həmin şəxsləri maşın vuraraq qaçmışdı. Həmin şəxs Timur Cihantimur idi. Nəticədə, o, Oğuz Murat Acı qəzada həlak oldu. Daha sonra Timurun anası Eyləm Tok oğlu həbs olunmasın deyə onu xaricə qaçırmışdı. Hadisə Türkiyədə qalmaqala səbəb olmuşdu. Eyni zamanda, Timur sürücülük vəsiqəsi olmadan maşını idarə edirmiş.

Son xəbərlər