"Haber Global" İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün təfərrüatını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Türkiyə ilə Azərbaycan arasında ticarət, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığı dərinləşdirməyə, əlaqələrimizi daha yüksək səviyyələrə çatdırmaq əzmindəyik".
BAKU.WS "Haber Global" telekanalına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə deyib.
Türkiyə lideri atılacaq yeni addımlarla bunu təmin etməyin mümkün olduğuna inandıqlarını bildirib.
Prezident Ərdoğan görüşdə İrandakı müharibəyə toxunaraq onun mənfi təsirlərinin Türkiyə və Azərbaycanın birlikdə yaşadığını qeyd edib.
O, Türkiyənin Ermənistan ilə Azərbaycan arasında davamlı sülh yolunda atılan addımları məmnuniyyətlə qarşıladığını, Türkiyənin bu prosesi dəstəkləməyə davam edəcəyini ifadə edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...