"Haber Global": "İlham Əliyev bu gün Türk dünyasının yüksəliş dövrü yaşadığını bəyan edib"
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) həmrəylik forumunun iştirakçılarına ünvanladığı müraciətdə Zəngəzur dəhlizinin Türk dövlətləri üçün önəminə bir daha diqqət çəkib.
Bu barədə "Haber Global" telekanalının foruma həsr olunmuş süjetində bildirilir.
Süjetdə vurğulanır ki, forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib.
Müraciətdə Prezident bəyan edib ki, bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır:
"Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır".
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzindən paylaşım edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzindən paylaşım edib. BAKU.WS həm...