"Haber Global" Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı reportaj yayımladı
Yeniliklərdən dərhal xəbərdar olun
"Müasir Azərbaycanın qurucusu Heydər Əliyev anadan olmasının 103-cü ildönümündə hörmət və minnətdarlıqla yad olunur.
Azərbaycan Prezidenti İlham Əliyev hər il olduğu kimi atasının məzarını ziyarət edib. Onu həyat yoldaşı Mehriban Əliyeva müşayiət edib".
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalında yayımlanan reportajda bildirilib.
"İlham Əliyev Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoydu və bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Mehriban xanım Əliyeva dərin ehtiramını bildirdi.
Azərbaycan xalqı Heydər Əliyevi ölkənin müstəqillik prosesində və tarixə düşən çətin dövrlərdəki liderliyinə görə hörmət və minnətdarlıqla xatırlayır", - deyə telekanalda ulu öndərin anadan olmasının 103-cü ildönümü ilə bağlı hazırlanan reportajda bildirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pr...