"Haber Global" Azərbaycanın İrana göndərdiyi humanitar yardımla bağlı süjet hazırlayıb

Haber Global Azərbaycanın İrana göndərdiyi humanitar yardımla bağlı süjet hazırlayıb
Video
Siyasət 28

Novruz bayramı ərəfəsində Azərbaycan İrana növbəti humanitar yardım göndərib.

BAKU.WS-in məlumatına görə, "Haber Global" bu barədə videosüjet hazırlayıb. Bildirilir ki, 82 ton ərzaq məhsulları, dərmanlar və tibbi ləvazimatlarla yüklənmiş 5 yük maşını İrana yola salınıb. Bayram münasibətilə yük maşınlarına Novruz hədiyyələri də əlavə olunub. İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Azərbaycana təşəkkürünü bildirib.

Həmçinin xatırladılıb ki, Azərbaycandan İrana göndərilən ilk humanitar yardım da martın 10-da yola çıxmışdı. Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefon danışığından sonra əhalinin tələbatlarının təmin edilməsi üçün göstəriş vermişdi.

Son xəbərlər