"Haber Global" Azərbaycan liderinin Özbəkistan səfərindən reportaj yayımladı
"İlham Əliyev Özbəkistanda tarixi səfərdədir. Azərbaycan lideri Özbəkistanın ən nüfuzlu "Dostluq" ordeni ilə təltif edilib".
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının reportajında qeyd edilib.
"Azərbaycanda hamı bilir ki, dünyada Qarabağın bərpasında bizə ilk kömək edən prezident Mirziyoyev, ilk ölkə Özbəkistandır", - deyə telekanal Azərbaycan liderinin açıqlamasından sitat gətirib.
Reportajda bildirilib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan ordenə layiq görülməsinin onun üçün böyük önəm daşıdığını vurğulayıb.
Oxşar xəbərlər
Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır?
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azər...