"Haber Global": "18 ölkənin lideri Türkiyəyə gedir - Dünyanın gözü Antalyada"
Yeniliklərdən dərhal xəbərdar olun
11-13 aprel tarixlərində Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında və ölkə XİN-in ev sahibliyində IV Antalya Diplomatik Forumu keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı süjetdə deyilir.
Bildirilib ki, tədbirin açılış mərasimində Prezident Ərdoğan çıxış edəcək. Onun dünyada sülhün təmin edilməsi mövzusunda mesaj verməsi gözlənilir.
"Foruma 148 ölkədən 5 000 nəfər qoşulacaq. Onlar arasında 18 ölkənin dövlət və hökumət başçıları, 64 ölkədən 52-si XİN rəhbərləri olmaqla nazirlər olacaq. Forumda iştirak edəcək liderlər arasında Azərbaycan Prezidenti İlham Əliyev də var".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...