Haaqadakı Belarus səfirliyinə hücum olub – FOTO

Haaqadakı Belarus səfirliyinə hücum olub – FOTO
Foto
Siyasət 117

Belarusun Niderlanddakı səfirliyinin binası üzərində ölkə prezidenti Aleksandr Lukaşenkoya həsr olunmuş yazılar peyda olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, iyulun 2-nə keçən gecə diplomatik təmsilçiliyə hücum baş verib.

Məlumata görə, Haaqadakı səfirliyin binasında latın və kiril əlifbası ilə yazılar həkk olunub.

Həmçinin, binanın üç pəncərəsi sındırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları məsələ ilə bağlı araşdırmalara başlayıblar.

Səfirliyə hücumda şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.

Son xəbərlər