Haaqa məhkəməsi Putin həbs olunmadan onun işi üzrə dinləmələr keçirə bilməyəcək
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putin həbs olunana qədər onun işi üzrə iclas keçirməyəcək.
“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Məhkəmənin sözçüsü Əl-Abdallahın bildirib.
“Biz onun (Putin - red.) iştirakı olmadan dinləmələr keçirə bilmərik. Ona görə də o həbs olunana qədər qiyabi məhkəmə iclasları keçirə bilmərik. Qərarlarımızı tanıyan digər ölkələrlə əməkdaşlıq yolu ilə bu işi həll etməyə çalışacağıq” – o qeyd edib.
Eyni zamanda, BCM sözçüsü əlavə edib ki, order Ukraynaya Putinin Roma Əsasnaməsini imzalayanların ərazisində olarsa, onun həbsini tələb etməyə imkan verir.
Xatırladaq ki, martın 17-də BCM Putinin ukraynalıların deportasiyasında günahkar olduğu üçün onun həbsinə order verib.
Oxşar xəbərlər
Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verib
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order v...