Gürcüstanın müdafiə naziri Azərbaycanda səfərdədir
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanda rəsmi səfərdədir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində o, azərbaycanlı həmkarı Zakir Həsənovla görüşəcək.
Gürcüstanın müdafiə naziri Fəxri xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə əklil qoyub.
Gürcüstan nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını da ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə də əklil qoyub.
Oxşar xəbərlər
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 39 il ötür. Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva z...