Gürcüstanın keçmiş müdafiə naziri beş il müddətinə həbs olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın sabiq müdafiə naziri, “Formula” televiziya kanalının təsisçisi David Kezeraşvili beş il müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə qərarı ölkənin Ali Məhkəməsi qəbul edib.
Sabiq nazir Müdafiə Nazirliyi ilə bağlı bir layihə çərçivəsində 5 milyon 60 min avro məbləğində vəsaiti mənimsəməkdə ittiham olunub. 2017-ci ildə Apellyasiya Məhkəməsi D.Kezeraşviliyə bəraət verib. Məhkəmə prosesi bir neçə gün öncə bərpa edilib.
Qeyd edək ki, D.Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini tutub.
Oxşar xəbərlər
Sarqsyanın qardaşı oğlu həbs edildi
Ermənistan Kassasiya Məhkəməsi Baş Prokurorluğun vəsatətini təmin edib və respublikanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu, silah və narkotik maddəl...