Gürcüstanın Baş naziri İrakli Kobaxidze Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB + FOTO
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Şəhidlər xiyabanını ziyarət edib.
BAKU.WS xəbər verir ki, Baş nazir İrakli Kobaxidze Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
***12:04
Gürcüstan Baş naziri İrakli Kobaxidze martın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
BAKU.WS xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Oxşar xəbərlər
TBMM-in nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 18-də F...