Gürcüstandan Rusiyaya gedən avtomagistral bağlanıb
02
noy
2019
09:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstandan Rusiyaya gedən Kazbek-Yuxarı Lars avtomagistralı noyabrın 1-də axşam saatlarında bütün növ avtomobillər üçün bağlanıb.BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Yol Patrul Departamenti məlumat yayıb.Məlumatda deyilir ki, avtomobillərin hərəkəti Mtsxeta-Stepantsminda-Lars avtomagistralının Qudauri-Kobi hissəsində qadağan edilib.Yolun bağlanmasına güclü qar yağması və görmə imkanlarının tam məhdudlaşması səbəb olub.Bəzi məlumatlara görə, hazırda Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsində 100-dən çox avtomobil dayanıb.Gürcüstan tərəfi ehtiyacı olanlara müvafiq köməklik göstərir.
Oxşar xəbərlər
Azərbaycanda gürcü nömrəli avtomobillərin artmasının SƏBƏBİ BİLİNDİ - VİDEO
Həm ziyarət, həm də ticarət etdiyimiz digər qonşumuz Gürcüstandır. Hazırda paytaxt Bakı və digər bölgələrdə Gürcüstan nömrəli avtomobillərə az qala addım başı r...