Gürcüstanda matəm elan edildi

Gürcüstanda matəm elan edildi
Siyasət 1722

Aprelin 10-da Gürcüstanda bütün dövlət qurumlarında dövlət bayraqları endirilib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 7-də Abxaziyanın Qali rayonundan olan 4 Gürcüstan vətəndaşı İnquri çayında faciəli şəkildə ölüb.

Bununla əlaqədar olaraq aprelin 10-da ölkədə matəm günü elan olunub.

Xatırladaq ki, həlak olan şəxslər işğal altında olan Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə İnquri çayı vasitəsilə keçməyə cəhd edərkən boğularaq ölüblər.

Son xəbərlər