Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı xəstəxanadan buraxılıb
16
mar
2020
19:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda ilk koronavirusa yoluxma qeydə alındığı etnik azərbaycanlı sağalıb və xəstəxanadan evə buraxılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 55 yaşlı kişinin təkrar testlərinin cavabı mənfi olub. Ona bir həftə müddətinə ev şəraitində özünü təcrid etməsi tövsiyə edilib.
Qeyd edək ki, Marneulidən olan həmin şəxs fevralın 25-də İranın Qum şəhərindən Azərbaycan vasitəsi ilə Gürcüstana qayıdıb. Onda virusa yoluxma fevralın 26-da təsdiq edilib.
Oxşar xəbərlər
Gürcüstanda koronavirusa yoluxan azərbaycanlının vəziyyəti açıqlandı
Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiqləndiyi şəxs 14 günlük müalicə kursunu başa vurub. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Gürc...