Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb, ölən var
02
iyl
2024
15:08
Gürcüstanın şərqində hərbi təyyarə qəzaya uğrayıb. Nəticədə pilot həyatını itirib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri (Su-25) qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi DANIŞDI - VİDEO
"Haber Global" İran Prezidenti İbrahim Rəisi və nümayəndə heyətinin həlak olduğu helikopter qəzasının səbəblərinin araşdırılması ilə əlaqədar veriliş hazırlayıb...