Gürcüstanda atışma: Ölənlər var - FOTO

Gürcüstanda atışma: Ölənlər var - FOTO
Foto
Siyasət 143

Gürcüstanın Saqareco şəhərində binaların birində atışma baş verib.

BAKU.WS Gürcüstan mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı kişi yaşayış binasının eyvanına çıxaraq ətrafdakılara atəş açıb.

Hadisə zamanı 5 nəfər ölüb, binanın həyətində olan 5 nəfər isə yaralanıb. Hadisə yerinə gələn polislərə də atəş açıldığından ölən şəxslərdən biri polis əməkdaşıdır.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, silahlı şəxs daha sonra intihar edib.

Son xəbərlər