Gürcüstanda 22 yaşlı gənc silahlı insident zamanı 9 güllə yarası alıb

15
sen
2021
21:50
Gürcüstanın paytaxtı Tbilisidə silahlı insident baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Anjapirdze küçəsində qeydə alınan atışma nəticəsində 22 yaşlı Gürcüstan vətəndaşı Nika Kvaratsxelia 9 güllə yarası alıb.
Xəstəxanaya yerləşdirildiyi bildirilən yaralının vəziyyəti ilə bağlı məlumat verilməyib.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb.
Atışmanın iki nəfər arasında olduğu ehtimal edilir.
Oxşar xəbərlər
ABŞ-da şənlikdə atışma, ölənlər və yaralılar var
ABŞ-ın Bricton şəhəri yaxınlığında baş verən atışmada azı iki nəfər ölüb, 12 nəfər yaralanıb. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə ABC kanalı y...