Gürcüstan XİN-nin yalanı ifşa oldu - FOTO

Gürcüstan XİN-nin yalanı ifşa oldu - FOTO
Siyasət 2307

Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı istifadə etdiyi minomyot və digər silahların Gürcüstan ərazisindən daşınması barədə məlumatları təkzib etməsindən sonra "Haqqın.az" portalı yeni fotolar dərc edib.

BAKU.WS Haqqın.az-a istinadla xəbər verir ki, fotolarda artilleriya daşıyan hərbi texnikaların şəkilləri öz əksini tapıb.

Qeyd edək ki, ABŞ və NATO-ya dost ölkənin ərazisinə bu sursatı Slobadan Tesiç adlı məşhur kriminal silah alverçisi çatdırıb. O, “Maqnitski Aktı” çərçivəsində ABŞ-ın sanksiyaları altındadır.

Redaksiyamızın sərəncamında olan sənədlərə əsasən, minaatan mərmilər qismində yükü göndərən Serbiyanın Vectura Trans D.O.O. şirkətidir. Şirkət Narodnih Heroja 16, 11070, Belgrade ünvanında qeydə alınıb, alıcı qismində isə Ermənistanın Müdafiə Nazirliyi göstərilir. “Vectura Trans” şirkəti də “Maqnitski Aktı” çərçivəsində ABŞ-ın sanksiyası altındadır.

Gürcüstan XİN-nin yalanı ifşa oldu - FOTO

Gürcüstan XİN-nin yalanı ifşa oldu - FOTO

Son xəbərlər