Gürcüstan “qırmızı zona” siyahısına daxil edilib
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin Nəqliyyat Nazirliyi, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində hazırladığı və "işıqfor sistemi" adlandırdığı səyahət siyahısını yeniləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Məlumata əsasən, İngiltərənin “qırmızı zona” tətbiq etdiyi ölkələr sırasına Gürcüstan da daxil edilib. Gürcüstandan əlavə Meksika, Reunion adası və Mayotte adası da İngiltərənin “sarı siyahısı”ndan çıxarılaraq “qırmızı siyahı”ya salınıb.
Qeyd olunub ki, səyahət siyahısına edilən dəyişiklik avqustun 8-dən qüvvəyə minəcək.
İngiltərə hökumətinin qərarına görə, “qırmızı siyahı”ya daxil olan ölkələrdən gələnlərin öz hesablarına hava limanının yaxınlığındakı otellərdə 10 gün karantində qalmaları tələb olunur.
Oxşar xəbərlər
Prezident AzTV-yə müsahibə verdi - TAM MƏTN
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirakı çərçivəsində Azərb...