Gürcüstan parlamenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə etdi

Gürcüstan parlamenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə etdi
Siyasət 77

Gürcüstan parlamentinin Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradze bu ölkədə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Tərəflər regional təhlükəsizlik və Cənubi Qafqazda baş verən prosesləri müzakirə ediblər.

Xüsusi diqqət Azərbaycan-Ermənistan sərhədində bu həftə yaranmış gərgin vəziyyətə yönəldilib. N.Samxaradze Gürcüstan hökumətinin bölgədə sülh təşəbbüsünün önəmini vurğulayıb.

Son xəbərlər