Gürcüstan gələn il Azərbaycan və Ermənistan sərhədlərinə yüksək sürətli yol çəkəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Azərbaycan və Ermənistan sərhədlərinə yüksək sürətli yol çəkəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan Yollar Departamentindən bildirilib.
Məlumatda qeyd olunub ki, Şərq-Qərb avtomobil yolunun tərkibinə daxil olan yolların tikintisi ilə bağlı tender elan edilib.
Qeyd edək ki, söhbət Rustavi-Qırmızı körpü və Algeti-Sadaxlo yollardan gedir. 61,3 km uzunluğunda dördzolaqlı avtomobil yolunun tikintisinə 2025-ci ildə başlanacaq və işlərin başlanmasından 30 ay sonra mərhələlərlə başa çatdırılacaq.
Tikinti işləri 250 milyon avroya başa gələcək və Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...