Gürcüstan Azərbaycan və Ermənistana etimada görə təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Tbilisi bu gün qonşu ölkələr arasında başlayan mühüm dialoqa ev sahibliyi edir. Bu prosesin çox vacib əhəmiyyəti var".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan və Ermənistan birgə səylərlə regionda sülh və sabitliyi təmin etməyə çalışır: "Azərbaycanlı və erməni həmkarlarıma göstərdikləri etimada görə təşəkkür edirəm. Tərəflər arasında dialoqun Tbilisidə keçirilməsi çox önəmlidir. Gürcüstan paytaxtı əsrlər boyu vacib qərarların qəbul olunduğu məkan olub və bunun davamı lazımdır".
Oxşar xəbərlər
İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər”...