Gürcüstan 2024-cü ildə Aİ-yə üzvlük üçün rəsmi müraciət edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstan 2024-cü ildə Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlüklə bağlı rəsmi müraciət etməyə hazırlaşır”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Aİ Şurasının prezidenti Şarl Mişellə keçirdiyi birgə mətbuat konfransında deyib.
Hökumət başçısının sözlərinə görə, bu, asan yol olmayacaq: “Gürcü xalqının seçimi böyük Avropa ailəsinə qoşulmaq və tamhüquqlu üzv olmaqdır. Biz çox yaxşı anlayırıq ki, bu, çətin və mürəkkəb proses olacaq, lakin ölkəmiz üçün buna birgə səylərlə nail olmaqda maraqlıyıq”.
Oxşar xəbərlər
Gürcüstanın yeni baş naziri və hökuməti təsdiqləndi
Gürcüstan parlamenti yeni hökumətin tərkibini və 2021-2024-cü illər üçün fəaliyyət proqramını təsdiqləyib. BAKU.WS report-a istinadən xəbər verir ki, 89 deputat...