Günün Yekunu - 26 may 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
"Məhdudiyyətin aradan qaldırılması bütünlüklə tətbiq olunduğu üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara ötən ilin mart ayından məhdudlaşdırmaya qədər hansı relslər mövcud idisə, hamısı bərpa olunur. Regionlardan Bakıya və regionlarası relslər də hamısı bərpa edilir".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/120042
Xəbər verildiyi kimi, 26 may 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/120036
“Ermənistanın məğlubedilməz döyüşçüləri”nin növbəti rüsvayçılığı üzə çıxıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/120049
Nəsimi rayonu ərazisində olan "Təzə bazar"ın yenidənqurma layihəsinin görüntüləri yayılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/120063
Bakıda "1 manatlıq" taksilər adlandırılan avtomobillərin qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Məsələ ilə bağlı müəyyən istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətini normallaşdırmaq planlaşdırılır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/120067
Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/120071
Sosial şəbəkələrin erməni seqmentində Azərbaycan və Ermənistan hərbçiləri arasında baş verən növbəti qarşıdurmanın videosu yayılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/120076
28 May - Respublika Günü ölkə ərazisində ictimai nəqliyyat işləyəcək.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/120082
“İctimai nəqliyyat vasitələrinin hərəkət sxemində dəyişiklik edilməsində məqsəd “Formula-1” oyunları davam etdiyi müddətdə şəhər əhalisinin ictimai nəqliyyata əlçatanlığını təmin etməkdir”.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/120085
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 203 yeni yoluxma faktı qeydə alınıb, 596 nəfər müalicə olunaraq sağalıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/120095
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar sürücülərə müraciət edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/120094
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/120099
Oxşar xəbərlər
Günün Yekunu - 5 may 2021
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. Azərbaycan Yazıçılar Birliyinin birinci...