Günün Yekunu - 25 noyabr 2020
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
“Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri bu gün – 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olurlar. Bu tarix əvvəl 15 noyabr göstərilmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Bu gün – 25 noyabr saat 00:00-dan Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub”.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/104274
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcər rayonuna daxil olmasının yeni videogörüntülərini yayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/104283
Milli Məclisin sədri Sahibə Qafarova Kəlbəcərin azad edilməsi ilə bağlı "Facebook" səhifəsində paylaşım edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/104290
Bəzi hallarda antibiotiklərdən istifadə təhlükəli sayılır. İnsanlar sağlamlığını qorumaq və koronavirusa qarşı immuniteti formalaşdırmaq üçün antibiotiklərdən istifadə edirlər.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/104294
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/104298
"Müharibənin nəticələri mən deyən kimi oldu. Mən ilk günlərdən deyirdim ki, bu məsələ öz həllini hərbi, siyasi yollarla tapmalıdır. Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi mən bizim hücum əməliyyatlarımızı dayandırıram".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/104302
"Bizim əsgərlərimiz görəndə ki, Ağdam rayonunun bir kəndində erməni əhalisi vaxtında çıxa bilməyib, onlara çıxmaq üçün şərait yaradıblar. Onlara söz deyən olmayıb".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/104307
“Şuşaya kanatla qalxdıq, yarım metr qarda 14 saat kəşfiyyatdan sonra 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, “limonka” ilə döyüşə gedirdik. Bizi nə gözlədiyini bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi, çünki onlar bizim oradan, yollardan hücum edəcəyimizi güman edirdilər”.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/104321
Yaxın gələcəkdə Bakı şəhərinin sərnişindaşımasında istismarda olan dizel yanacaqlı avtobuslar kənarlaşdırılacaq.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/104325
"Dağlıq Qarabağda 30 illik ədalətsizliyin yekunlaşmasına töhfə verdik. Dünənə qədər ortalıqda görünməyən, hətta bu məsələdə açıqca ermənilərə dəstək verən Minsk qrupu bəzi həmsədr ölkələrin anlaşma ilə bağlı dilə gətirdikləri narahatlığın heç bir qiyməti yoxdur".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/104330
Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən ölkədə köhnə avtomobillərin utilizasiyasına dair layihə hazırlanıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/104336
Yaxın vaxtlarda "BakıKart"ın balansını internet üzərindən artırmaq mümkün olacaq.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/104337
Oxşar xəbərlər
Günün Yekunu - 3 noyabr 2020
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. Azərbaycan əsgərləri bu günümüzün qəhrəm...