“Günün Yekunu” - 18 sentyabr 2019
18
sen
2019
22:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/69974
Baş nazir Novruz Məmmədov Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərini təsdiqləyib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/69983
Futbolçu Mahir Emrelinin evini talamaqda şübhəli bilinən şəxslər tutulublar.BAKU.WS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvəllər məhkum edilən 2003-cü il təvəllüdlü Nicat Vəliyev və əvəllər məhkum olunmayan 2005-ci il təvəllüdlü Anar Mahmudov tutulublar.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/69987
Bakıda yol polisini təhqir edən sürücü saxlanıldı. Bu barədə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/69972
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Musiqi Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/69997
Türkiyənin İstanbul şəhərində kimya fabrikində güclü yanğın başlayıb.BAKU.WS xəbər verir ki, yanğın zamanı güclü partlayışlar baş verib. Fabrikin ətrafındakı avtomobillər yanaraq kül olub.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/70008
Milli Musiqi Günü ilə əlaqədar Bakı Musiqi Akademiyasının qarşısında tədbir keçirilib.BAKU.WS xəbər verir ki, mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Xalq artisti Siyavuş Kərimi iştirak ediblər.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/70010
Azərbaycanda deputat məktəb yaşında uşaqları olan aztəminatlı ailələrə ildə bir dəfə təhsil ehtiyaclarını ödəmək üçün müavinətin verilməsini təklif edir.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə üzvü Jalə Əliyeva çıxış edib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/70021
Oxşar xəbərlər
Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı
Baş nazir Novruz Məmmədov Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi...