Günün Yekunu - 18 dekabr 2020
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
COVID-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq dekabrın 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparacaq.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/106395
“Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır. Məsələni rəsmi Bakı ilə müzakirəyə çıxarıb həll edəcəyik”.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/106400
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Respublikasının Əməkdar artisti Qasımov Ramil Adıgözəl oğlu Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin olunub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/106406
"Haber Global" komandası 25 noyabrda erməni işğalından azad edilən Kəlbəcərdə yerləşən Xudavəng Monastırında olublar.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/106410
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/106413
Nazirlər Kabineti xüsusi karantin rejimində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə xidmətlə bağlı açıqlama yayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/106418
“Ötən gün Vladimir Putin KİV-ə müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıqlayıb. Bu, ilk belə açıqlama deyil. Fikrimcə, bu, çox vacib açıqlamadır. Bu həm də Ermənistandakı 10 noyabr bəyanatını dəyişmək istəyən revanşist qüvvələr üçün də vacib açıqlamadır”.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/106427
Biz də vaksinləmə strategiyasını hazırlamışıq, bu strategiya çoxplatformalılığı nəzərdə tutur. Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq. Nəzərdə tutulur ki, vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/106438
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3962 yeni yoluxma faktı qeydə alınıb, 4188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/106446
İndi Ermənistanda çox gərgin vəziyyət yaranıb. Ermənistanın baş nazirinin bizim iclasda iştirak etmədiyini nəzərə alaraq daha heç nəyi şərh etməyəcəyəm. Mən yalnız quru faktları, orada baş verənlərin çox cüzi faizini dedim. Ermənistanda gedən daxili siyasi proseslərə əsla müdaxilə etmək niyyətində olmadan bircə onu demək istərdim ki, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/106447
Oxşar xəbərlər
Hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif olundu - SİYAHI
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb....